İranın 3 həbsxanasında 4 nəfər edam edilib

İranın 3 həbsxanasında 4 nəfər edam edilib
  06 Dekabr 2023    Oxunub:850
Bu gün İranın Dehdəşt, Sənəndəc və Saqqız həbsxanalarında azı dörd nəfər edam olunub.
AzVision.az “Hrana” agentliyinə istinadən xəbər verir ki, məhbuslardan biri Dehdəşt mərkəzi həbsxanasında asılan 35 yaşlı Zəbihullah Ərcümənd narkotik maddələrlə bağlı cinayətlərə görə həbs olunaraq ölüm cəzasına məhkum edilib.

Həmçinin, çərşənbə günü iki kürd məhbus Xalid Ruhi və Sirus Heydərinin edam hökmü Sənəndəc mərkəzi həbsxanasında qəsdən adam öldürmə ittihamı əsasında icra olunub. “Hengaw” insan haqları təşkilatı bu şəxslərin müvafiq qaydada 12 və 4 il əvvəl edam cəzasına məhkum edildiyini yazıb.

Bu gün Saqqız şəhərinin mərkəzi həbsxanasında edam olunan daha bir məhbus isə əvvəllər “zorlama” ittihamı ilə ölüm cəzası alıb.

İran insan haqları təşkilatı öz hesabatında Qəzzada İsrail-HƏMAS müharibəsi başlayandan bəri ölüm hökmlərinin icrasının sürətləndiyini və müharibənin 54-cü günündə İranda ən azı 176 nəfərin edam edildiyini açıqlayıb.

Açqılmada Qəzza müharibəsinə beynəlxalq diqqətdən sui-istifadə edən Tehranın “iranlıların iqtisadi böhrana qarşı sosial və xalq qəzəbini” yatırmağa başladığı bildirilir.
AzVision.az



Teqlər: İran   edamlar  





Xəbər lenti