Bloomberg: "ABŞ-ın ehtiyaclarını ödəmək üçün kifayət qədər silahı olmaya bilər"
“Birləşmiş Ştatlar dünya üzrə müttəfiqlərinə silah satır, borc verir və bağışlayır, müharibə vəziyyətində ehtiyac duyacağı öz döyüş sursatı, artilleriya mərmiləri və digər silah ehtiyatlarını azaldır”.
"Bloomberg"in məlumatına görə, ABŞ hərbi-sənaye kompleksi ölkənin ehtiyacları üçün lazım olan sursatı istehsal edə bilməyəcək. “Pentaqon deyir ki, onlar bütün gözlənilməz halları nəzərə almalı və hazır olmalıdırlar. Düşmənlərin ABŞ-ın müdafiə zəiflikləri və ya avadanlıq çatışmazlığı nəticəsində yaranan fürsətləri izlədiyi və onlardan yararlana biləcəyi ilə bağlı narahatlıqlar var", deyə milli təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ixtisaslaşmış agentlik eksperti Kortni Makbrayd əlavə edib.
Agentlik qeyd edir ki, ABŞ-da artilleriya mərmiləri hazırlamaq üçün lazım olan barıt istehsalı üçün yalnız bir zavod fəaliyyətini davam etdirir. "Bu fakt ölkənin istehsal bazasını böyük güclər arasında qarşıdurma dövrünün reallıqlarına uyğunlaşdıra bilməməsinə misal ola bilər", Bloomberg yekunlaşdırıb.
AzVision.az
Teqlər: