İrana bağlı vəzifəli şəxslər Kanadadan qovulur

İrana bağlı vəzifəli şəxslər Kanadadan qovulur
  07 Dekabr 2023    Oxunub:900
Kanadanın Sərhəd Təhlükəsizliyi agentliyinin sözçüsü Mariya Laduser İran hökumətinə bağlı yüksək vəzifəli şəxslərin ölkədən qovulması barədə açıqlama verib.

AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Mariya Laduser Kanada hökumətinin İranla əlaqəsi olan 10 vəzifəli şəxsin ölkədən qovulmasına qərar verildiyini bildirib. O, İran hakimiyyətinə yaxın daha 9 şəxsin işinin araşdırılması üçün sənədlərin Qaçqınlar komissiyasına göndərildiyini qeyd edib.

Məlumata görə, Kanadadan çıxarılmasına qərar verilən şəxslər arasında bundan öncə İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak etmiş daxili işlər nazirliyinin yüksək rütbəli əməkdaşlarının da adları var.

Qeyd edək ki, Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olan 141 nəfər barədə təhqiqat başladılıb.
AzVision.az


Teqlər: İran   Kanada  





Xəbər lenti