Hakan Fidan Qəzza danışıqları üçün ABŞ-a səfər edəcək

Hakan Fidan Qəzza danışıqları üçün ABŞ-a səfər edəcək
  07 Dekabr 2023    Oxunub:1173
Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzza ilə bağlı danışıqlar aparmaq üçün sabah ABŞ-a səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.

"Noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının fövqəladə Birgə Zirvə toplantısında Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslərlə çıxış etmək tapşırılıb" - deyə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Fidan bu ortaq diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün sabah Vaşinqtona səfər edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti