KİV: "ABŞ gələn ilə qədər Qəzzada girovların azad olunacağına ümid edir"

   KİV:    "ABŞ gələn ilə qədər Qəzzada girovların azad olunacağına ümid edir"
  08 Dekabr 2023    Oxunub:1149
ABŞ prezident administrasiyası ümid edir ki, 2024-cü il yanvarın 1-dək bütün girovların azad olunması üçün İsrail və HƏMAS razılığa gələcəklər.
AzVision.az xəbır verir ki, bu barədə “Politico” qəzeti adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Vaşinqton administrasiyası Qəzza zolağında atəşkəsin pozulmasına baxmayaraq, qalan girovlarının azad edilməsinə və İsrailin anklavın cənubuna hücuma başlamazdan əvvəl humanitar fasilənin uzadılmasına nail olmağı planlaşdırırdı. Bayden administrasiyası 2024-cü il yanvarın 1-dən əvvəl razılaşma əldə edə biləcəyinə ümid edir. ABŞ rəsmiləri bildiriblər ki, danışıqlar davam edir və HƏMAS girov uşaq və qadınları azad etməyə razılaşarsa, vəziyyət yaxşılaşa bilər.

Nəşrin məlumatına görə, Ağ Ev və ABŞ Dövlət Departamentinin rəsmiləri münaqişə tərəfləri arasında yeni razılığa nail olmaq üçün son bir həftə ərzində Qətər, Misir və İsraillə məsləhətləşmələr aparsalar da, heç bir uğur əldə olunmayıb. “Politico”nun məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns İsrail və Misirin kəşfiyyat rəsmiləri, həmçinin Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşmək üçün Dohaya getməyi planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti