"Mən nə tərbiyəsizlik etmişəm?!" - Tarzən qalmaqaldan danışdı

"Mən nə tərbiyəsizlik etmişəm?!" -    Tarzən qalmaqaldan danışdı
  09 Yanvar 2024    Oxunub:6199
“O jurnalist heç nədən məni biabır etdi. Telefonum susmur. Hamı zəng edib yas yerində baş verənlərlə bağlı soruşur”.
Bunu AzVision.az -a tar ifaçısı, mahir muğam bilicisi Elxan Müzəffərov Əməkdar artist Aygün Bəylərin yas mərasimində İTV-nin jurnalisti ilə arasında baş verən səs-küylü hadisədən danışarkən deyib.

“Mənim kefim yox idi. Əziz adamım rəhmətə getmişdi, içim titrəyirdi. Uşaqlıqdan Aygünün üstündə əsmişəm, nə lazımdırsa etmişəm. İndi dəfn yeridir də. Camaat ağlaşırdı, hamının qanı qara idi. Həmin jurnalist mənə yaxınlaşıb dedi ki, Aygün haqqında danışım. Ona “Mən heç nə deyə bilmərəm. Xahiş edirəm, gedin başqasından müsahibə götürün” ,- cavabını verdim.
Istəmirəm də. Jurnalist isə heç nə demədən arxa-arxaya getdi. Burada nə var ki, sən məni bütün Azərbaycana biabır edirsən. Mən nə tərbiyəsizlik etmişəm?! Onu incitmişəm, ya ağır, nalayiq söz demişəm?! İstəmirəm də. Zorla danışdıracaqsan? Danışacaq vəziyyətdə deyildim.

Özümə gələndən sonra qəbir üstündə Xəzər televiziyasına danışdım. Hər yerdən mənə zəng edirlər ki, nə baş verib? Deyirəm, məgər məni tanımırsınız?
Hətta tarzən də… | İsmayıl Rafiqoğlunun yazısı

O qız məni tanımır, heç olmasa yaşıma baxardı da, ayıbdır axı. Mən həmin jurnalistdən soruşdum: “Məni səninlə kim tanış edib ki, durub gəlmisən” . Bilmək istəyirdim də. Cavab verərdi də. Deyərdi ki, filankəs tanış edib və yaxud da etməyib də . Heç nə demədən çıxıb getdi. İndi də məni pisləyir. O qızı görsəniz deyin ki, Elxan Müzəfərrov bunlara layiq adam, sənətkar deyil. Tanımırsan, ancaq linç edirsən. Birinin üstünə beşini qoyub təqdim etmək adamı vurmaqdır”, -tarzən bildirib.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylərin yas mərasimi zamanı İTV telekanalının əməkdaşı tarzənə yaxınlaşaraq ondan mərhum müğənninin nəyi olduğunu soruşub . Tarzənin isə cavabı belə olub: “Mən onun nəyiyəm? Məni haradan tanıyırsınız ki, yaxınlaşmısınız”. Jurnalist yenidən A. Bəylərin qohumu olub olmadığını dəqiqləşdirməyə çalışıb və onun haqqında danışmasını xahiş edib. Tarzən isə ona:”Səni mənim üstümə kim göndəriib?”,- deyə cavab verib. Bundan sonra jurnalist oradan uzaqlaşıb.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti