"Ad günlərimdə məni Bakıda tapmırlar” - Aygün Səmədzadə

   "Ad günlərimdə məni Bakıda tapmırlar” -    Aygün Səmədzadə
  11 Yanvar 2024    Oxunub:1364
Bu gün Xalq artisti, bəstəkar Aygün Səmədzadənin doğum günüdür. Musiqiçi 57 yaşını qeyd edir.
Özəl günündə AzVision.az -a danışan bəstəkar bildirib ki, nadir hallarda doğum gününü qeyd edir.

“Yubileyim olan zaman qeyd edirəm. Digər vaxtlar adi günlərdən biri kimi keçirirəm. Çox vaxt ad günlərimdə Bakıda olmuram. Hamının ad gününə gedirəm, amma məni təbrik etmək istəyəndə heç kim tapmır”.

Musiqiçi bildirib ki, yaxın sənət yoldaşı, Əməkdar artist Aygün bəyləri itirib və buna görə də bu il də xüsusi təmtaraqlı ad günü qeyd etməyəcək.

Qeyd edək ki, Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. Bu əsərlərin bir çoxu "Bu dünyanı nağıl bilək" albomu, "Əhməd Cavad" albomu, 4 diskdən ibarət "Azərbaycan" albomu və "Vətən mahnıları" albomunda cəmlənib.

O, bir çox teatr tamaşaları və filmlər üçün də musiqilər bəstələyib. Elçin Əfəndiyevin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "Iblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" teatr tamaşalarının, "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" filmlərinin bəstəkarıdır. Aygün bəylərin ifa etdiyi “Tut ağacım” mahnısının musiqisi də Aygün xanıma məxsusdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti