Rusiya məşhur yazıçını "xarici agent" adlandırıb

Rusiya məşhur yazıçını "xarici agent" adlandırıb
  13 Yanvar 2024    Oxunub:2107
Rusiya Ədliyyə Nazirliyi dünya şöhrətli yazıçı Boris Akuninin Ukraynadakı "xüsusi hərbi əməliyyat"a etirazını əsas gətirərək, onu "xarici agent" elan edib.
AzVision.az xəbər verir ki, Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı olduğunu gizlətməyən yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.

"Yazırlar ki, bu gün "xarici agent" elan edilmişəm. Mən - terrorçu və ekstremistəm?! Özümü qeyri-qanuni parkinq üçün bilet almış Bin Laden kimi hiss edirəm", - o deyib.

Qeyd edək ki, hazırda Londonda yaşayan gürcüəsilli yazıçı anti-Rusiya mövqeyinə görə "terrorizm və ekstremizmdə ittiham edilən şəxslərin siyahısı"na salınmazdan əvvəl ölkəsində bestseller idi.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti