“Sehirli xalat”ın Rəşidi vəfat edib

   “Sehirli xalat”ın Rəşidi vəfat edib
  24 Yanvar 2024    Oxunub:2043
“Sehirli Xalat” filmindəki Rəşid obrazını yaradan aktyor Azər Qurbanov vəfat edib. Bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat verib. O bildirib ki, aktyor bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...” (EKSKLÜZİV MÜSAHİBƏ)
Qeyd edək ki, əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb.

Sovet dövrünün uşaqlarının pərəstiş etdiyi əfsanəvi aktyor 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.

Aktyor hələ 1957-ci ildə - 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb.

Amma qeyd etməliyik ki, aktyorun ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti