Habil Əliyev YAP-çı deputatla zarafat etdi

H.Əliyevin səhhətinin yaxşı olduğunu deyən deputatın sözlərinə görə, kaman ustası onunla zarafat edib.
“Dəyərli kaman ustamız Habil müəllim Əliyevlə telefonla danışdım. Evlərinə zəng çaldım, özü və xanımı ilə danışdım. Habil müəllimin səsində əvvəlki gumrahlıq var idi. Hamının ona diqqətindən razı qaldığını bildirdi. Müalicəsi uğurla davam etdirilir. Zarafatından qalmırdı, keçmiş xatirələrdən danışdı.
Onu bütün Azərbaycanın sevdiyini, xalqımızın fəxarəti olduğunu bildirdim. Özündən muğayat olmağı, bizlərə uzunömürlülük nümunəsi göstərməyi xahiş etdim”.
AzVision.az