İsrail İordan çayının qərbinə əlavə qoşun göndərib - VİDEO

   İsrail İordan çayının qərbinə əlavə qoşun göndərib -    VİDEO
  17 Mart 2025    Oxunub:621
İsrail Ordusu İordan çayının qərb sahilindəki Cinin şəhəri və ətrafına əlavə tank və zirehli texnikalar yerləşdirməyə başlayıb.
Fələstinin "Wafa" xəbər agentliyinin məlumatına görə, şəhərdəki qaçqın düşərgəsinin yaxınlığında tankdan atəş də açılıb. Qoşunların, habelə onların ardınca gələn su maşınlarının və şəhər üzərində uçan hərbi təyyarələrin Cəbriyyət məhəlləsinə doğru irəlilədiyi bildirilir.
HƏMAS-ın daha bir komandiri öldürülüb

Xatırladaq ki, fevralın 21-də İsrailin müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib. Bu tədbirlər çərçivəsində martın 6-da Fələstinin HƏMAS qruplaşmasının adıçəkilən ərazi üzrə rəhbərlərindən biri öldürülüb.

Cenin şəhərinin meri Məhəmməd Cərrar "Wafa"ya verdiyi açıqlamada diqqətə çatdırıb ki, İsrailin antiterror əməliyyatı fonunda 21 min mülki şəxs didərgin düşüb, 8 minə yaxın ticarət obyekti bağlanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   əməliyyat  





Xəbər lenti