ABŞ Rusiya Cinayətlərini Araşdıran Beynəlxalq Qrupdan çıxdı - NYT

   ABŞ Rusiya Cinayətlərini Araşdıran Beynəlxalq Qrupdan çıxdı    - NYT
  17 Mart 2025    Oxunub:663
ABŞ Ədliyyə Nazirliyi diqqət çəkən bir məsələ ilə bağlı Avropa rəsmilərini gizli şəkildə məlumatlandırıb. Vaşinqton bəyan edib ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyan vətəndaş və rəsmilərini araşdırmaq üçün yaradılmış çoxmillətli işçi qrupundan çıxır.
Bu fikirlər New York Times-də (NYT) dərc olunan məqalədəndir. Nəşr mövcud vəziyyətlə yaxından tanış olan mənbələrə istinad edib.

Rusiya ilə Ukrayna torpaqlarının bölünməsi müzakirə olunur - "Reuters"
“ABŞ-nin 2023-cü ildə qoşulduğu Ukraynaya qarşı təcavüz cinayətinə görə beynəlxalq təqib qrupundan çıxmaq qərarı Tramp administrasiyasının prezident Baydenin Putini ukraynalılara qarşı törədilmiş cinayətlərə görə şəxsən məsuliyyətə cəlb etmək öhdəliyindən geri çəkilməsinə son işarədir”, – müəllif yazıb.

Məlumatlı mənbələrə görə, qərar "Eurojust" əməkdaşlarına və üzvlərinə elektron poçtla elan ediləcək.

Nəşr qeyd edib ki, ABŞ Avropadan kənarda məlum qrupla əməkdaşlıq edən yeganə dövlətdir və Ukrayna, Baltikyanı ölkələr, Rumıniya müstəntiqləri ilə işləmək üçün Ədliyyə Departamentinin yüksək rütbəli rəsmisini Haaqaya göndərib.

Tramp administrasiyası beynəlxalq istintaq qrupunu hansı səbəbdən tərk etmək istəməsinə dair heç bir səbəb göstərməyib.

Qeyd edək ki, haqqında söz açılan qrup Rusiya hakimiyyətini, habelə onların Belarus, Şimali Koreya və İrandakı müttəfiqlərini cinayətlərə görə məsuliyyət daşımaq üçün yaradılıb. Söhbət beynəlxalq hüquqa əsasən təcavüz kimi müəyyən edilən, başqa ölkənin suverenliyini pozan və özünümüdafiə məqsədi daşımayan cinayətlərdən gedir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya  





Xəbər lenti