Elza seçkilər günündəki geyimindən danışdı: Rəssamları yığıb dedim ki...

      Elza seçkilər günündəki geyimindən danışdı:     Rəssamları yığıb dedim ki...
  08 Fevral 2024    Oxunub:2027
Əməkdar artist Elza Seyidcahanın növbədənkənar prezident seçkiləri gününə hazırlatdığı geyim diqqət çəkib.
Bəstəkar-müğənni qırmızı rəngli dəst paltar tikdirib və onu dövlət başçısı İlham Əliyevin fotolarının yer aldığı böyük tacla tamamlayıb.

Bununla bağlı AzVision.az -a danışan bəstəkar bildirib ki, geyiminin ideyası ona məxsusdur.

"Qırmızı rəngi qovuşmağın, birliyin, türklüyün rəmzi kimi seçmişdim. Biz bu məqama asanlıqla gəlib çatmadıq. Şəhidlər verdik, qazilər oldu. Ona görə də bu seçkini bayram kimi qəbul etdim. Geyimim tarixi günün sevincindən hazırlanıb. Düşündüm ki, Ali Baş Komandana təşəkkürümü və təbrikimi Elzasayağı çatdırım.

Başımdakı tac günəşin rəmzidir. Orada dəmir yumruqdan və prezidentin şəkillərindən istifadə olunub. Rəssam Nərmin Hümbətovanın əl işidir. Rəssamları yığıb dedim ki, başımda tac istəyirəm. Bunu etmədimsə, onda nə Elzayam? Tacda Azərbaycanın xəritəsinin göbəyində dəmir yumruq işarəsini yerləşdirdik.

Dünən səs verməklə kifayətlənmədim. Ulu Öndər Heydər Əliyevin məzarına getdim, gül dəstələri düzdüm və xoş müjdəni ona çatdırdım.

Axşam isə Heydər Əliyev Mərkəzinin qarşısında İlham Əliyevə həsr etdiyim "Fateh" şeirimi dedim. Sənət adamları dövlət başçısının dəstəyini unuda bilməz".






Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti