Ötən il hakerlər 1 milyard dollardan çox pul "qazanıblar"

   Ötən il hakerlər 1 milyard dollardan çox pul "qazanıblar"
  08 Fevral 2024    Oxunub:1439
"2023-cü ildə hakerlər bütün dünyada 1 milyard dollardan çox pul “qazanıblar”."
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" "Chainalysis" analitik firmasının yeni hesabatına istinadən məlumat yayıb. 2022-ci ildə bu rəqəm 567 milyon dollar olub. Beləliklə, ötən il kibercinayətkarların ümumi sayı demək olar ki, iki dəfə artıb.

Analitiklərin fikrincə, bu cür sürətli böyüməyə hakerlərin "böyük oyun" adlandırılan ov strategiyasına keçməsi kömək edib. Bu, daha az hücum həyata keçirməyə və eyni zamanda böyük şirkətlərdən eyni vaxtda daha böyük məbləğdə fidyə almağa imkan verir.

2023-cü ildə "Shell" neft və qaz şirkəti , ABŞ hökumət təşkilatları, "British Airways", "Caesars Entertainment" kazinosu və digərləri hakerlərin ən böyük qurbanları arasında idi. Eyni zamanda, ən böyük ödənişləri "Maxin Network", "Euler Finance", "Multichain" və başqaları kimi daha az tanınan şirkətlər ödəyib. Hakerlər onlardan müvafiq olaraq 200 milyon, 197 milyon və 126 milyon dollar alıblar.

"Chainalysis"in məlumatına görə, 2023-cü ildə şifrələmə operatorlarının hücumlarından ümumi zərər 1,8 milyard dollar təşkil edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti