"2024-cü ildən sonra dünya bir neçə hissəyə ayrılacaq" - Bu ilin kəhanətləri

      "2024-cü ildən sonra dünya bir neçə hissəyə ayrılacaq"    - Bu ilin kəhanətləri
  09 Fevral 2024    Oxunub:1950
2024-cü il çox çətin il olacaq. Bunu artan ölüm, xroniki xəstəliklərin kəskinləşməsi riski, qlobal fəlakətlər və texnogen qəzalarla müşahidə edəcəyik
AzVision.az xəbər verir ki, astroloq Viktor Boqdanov 2024-cü ilin hər bir insan və bütövlükdə dünya üçün nə vəd etdiyini açıqlayıb.
O, ümumilikdə Əjdaha ilində yaxşı hadisələrin də olacağını bildirib. Bunlardan biri isə üçüncü dünya müharibəsinin bitməsidir.

"Bu, 2009-2010-cu illərdə məşhur iqtisadi böhrandan sonra, bir ölkəni gücləndirmək lazım olanda başladı. Həmin ölkənin hansı olduğunu hamı bilir. Üçüncü Dünya Müharibəsi müxtəlif ərazilərdə və qitələrdəki informasiya müharibəsi idi.

2024-cü il çox mənfi il olacaq. İlin ortalarında hiyləgər silahdan istifadə mümkündür. Bu silah güclü, bəlkə də iqlim silahıdır. İlin özü çox risklidir. İnsanlar aqressivləşəcək. Sükan arxasında olan insanlar isə bu il daha da aqressiv olacaqlar".

Astoroloq qeyd edib ki, 2024-cü ildən sonra dünya bir neçə hissəyə ayrılacaq:

- Asiya İttifaqı
- Müsəlman İttifaqı
- Amerika-Avropa İttifaqı

Onun sözlərinə görə, 2024-cü ildə risk etməyə dəyməz. "Məsələn, harasa getməyə ehtiyac olmadığını hiss edirsinizsə, getməyin. İntuisiyanıza qulaq asın. Ağlınıza gələn hər mənfi şey 2024-cü ildə reallaşacaq. Üstəlik Əjdaha odlu heyvandır, döyüşkəndir. 2024-cü ildə quraqlıq və iqlim problemləri mümkündür.

Bu il risk etməyin, iş yerini dəyişməyin. Məsələn, olduğunuz yerdən bezib işinizi dəyişməyin. Çünki düşündüyünüzün əksinə işsiz qalma şansınız var".

V.Boqdanov qeyd edib ki, bu il sağlamlığınızın qayğısına qalmaq vacibdir. Estetik və təcili olmayan əməliyyatları təxirə salsanız yaxşıdır. Hər iki ildən bir aktiv terapiya ilə xroniki xəstəliklərlə mübarizə aparmağa öyrəşmisinizsə, bu il sağlamlığınızı qorumaq üçün xəstəxanaya getmək daha yaxşıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti