Stiv Barakatt Bakıda konsert verib - FOTO

Stiv Barakatt Bakıda konsert verib -    FOTO
  10 Fevral 2024    Oxunub:1441
Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın "Neoreallıq" dünya turu çərçivəsində konserti keçirilib.
Onun Bakı konserti iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxil edilib.

Musiqiçi UNICEF-in himni "Laylay"ın müəllifidir. O, Bakı konsertində həmin mahnını da ifa edib.

Konsert zamanı tamaşaçılarla fikirlərini bölüşən S.Barakatt ölkəmizdə ilk dəfə olduğunu, pərəstişkarları qarşısında sevilən əsərlərini ifa etməkdən məmnunluğunu bildirib.

Qeyd edək ki, müxtəlif mükafatlara layiq görülmüş bəstəkar, pianoçu, musiqi prodüseri və kreativ direktor Stiv Barakatt dünyanın hər yerində yüzlərlə layihədə tanınmış incəsənət xadimləri, səsyazma şirkətləri, təşkilatlar, eləcə də dünyanın aparıcı orkestrləri ilə əməkdaşlıq edib. 2020-ci ildə isə Kvebekin Baş naziri tərəfindən Kvebek Milli Ordeninin kavaleri mükafatına layiq görülüb.

AzVision.az

Qalereya




Teqlər: bəstəkar   pianist   konsert   Bakı  





Xəbər lenti