Ermənistanda müəmmalı siyasi qərar: Gevorkyan azadlığa çıxır

   Ermənistanda müəmmalı siyasi qərar:    Gevorkyan azadlığa çıxır
  12 Fevral 2024    Oxunub:1074
Ermənistan parlamentinin sədri Alen Simonyanın qohumu, “Synergy” işi üzrə şübhəli bilinərək saxlanılan Ani Gevorkyan həbsdən azad olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə "ArmLur.am" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ani Gevorkyanın parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatlarının imzaladığı zəmanət əsasında azadlığa buraxılması barədə siyasi qərar qəbul edilib.

Paşinyanın komandasında mövqe savaşı qızışıb - "Joğovurd"
Bu iş üzrə həbs edilən, digər şəxslərə gəlincə, hələlik onlarla bağlı qərar yoxdur.

“Yeri gəlmişkən, imzaların toplanması baş nazir Nikol Paşinyanın razılığı ilə həyata keçirilib ki, bu da Simonyan ailəsinin gəlini ilə bağlı qərar qəbul etməyi asanlaşdırıb”, - sayt yazıb.

Xatırladaq ki, yanvarın 31-də İqtisadiyyat Nazirliyinin bir sıra vəzifəli şəxsləri və özəl sektor nümayəndələrinə qarşı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, “Dövlət investisiya proqramları üçün bankın yaradılması” tenderi çərçivəsində məmurlar şirkətlərdən birinin rəhbəri ilə gizli iş quraraq vəzifə səlahiyyətlərindən sui-istifdə ediblər. Onlar şirkət rəhbərinin rəqibinin tenderdə iştirakına süni maneələr yaradıblar. Nəticədə tenderdə işi üç 3 dəfə baha (392 milyon dram) görəcək şirkətin təqdim etdiyi ərizə qalib gəlib.

Gevorkyan isə Alen Simonyanın qardaşı Karlenin həyat yoldaşıdır. O, fevralın 1-də Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan və dövlət investisiyaları siyasəti departamentinin rəhbəri Liliya Sirakanyan saxlanılandan sonra İstintaq Komitəsinə aparılıb.

Ümumilikdə Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-axtarış tədbirlərindən sonra bu iş üzrə 7 nəfərin saxlanıldığı deyilir.

"Sputnik Armeniya" isə yazır ki, hazırda iş üzrə 5 nəfər həbs edilib. Bunlar sözügedən şirkətə bağlı şəxslər- direktor Aşot Ovannisyan, biznesin inkişafı üzrə meneceri Lili Mkryan, şirkətin keçmiş əməkdaşı, parlamentin spikerinin qardaşı arvadı, Energetika Nazirliyinin dövlət investisiya siyasəti departamentinin rəhbəri Lili Sirakanyan və nazirliyin kənd təsərrüfatı proqramlarının həyata keçirilməsi şöbəsinin müdiri Taron Martirosyandır.
İqtisadiyyat nazirinin müavini Ani İspiryan ev dustaqlığına buraxılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti