Həkimlər ürəyinə bıçaq sancılmış uşağı xilas ediblər

Həkimlər ürəyinə bıçaq sancılmış uşağı xilas ediblər
  12 Fevral 2024    Oxunub:1894
Rusiyanın Balaşixa xəstəxanasının həkimləri qəhrəmanlıq göstəriblər. Onlar döş qəfəsindən bıçaq xəsarəti alan doqquz yaşlı uşağı xilas edə biliblər.
AzVision.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bıçaqlanan şagirdin vəziyyəti ağırdır
Xəstə ürəyin bıçaq yarası və qanaxmayla xəstəxanaya yerləşdirilərkən məlum olub ki, oğlan təxminən 500 ml qan itirib.

“Bıçaq döş qəfəsinin ön divarına nüfuz edib və ürəyin sağ qulaqcığına xəsarət yetirib. Ürəyin yenidən sərbəst döyünməyə başlaması üçün sağ qulaqcıq nahiyəsindən əmələ gələn qan laxtalarını çıxardıq”, - xəstəxananın uşaq cərrahiyyəsi şöbəsinin müdiri Emir Jamınçiyev bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bıçaq   Rusiya  





Xəbər lenti