Türkiyə ikinci atronavtını kosmosa göndərəcək

   Türkiyə ikinci atronavtını kosmosa göndərəcək
  12 Fevral 2024    Oxunub:896
Türkiyənin pilotu ilə ilk kosmik missiyası uğurla başa çatıb.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. O qeyd edib ki Türkiyə Hərbi Hava Qüvvələrinin yetişdirdiyi pilot Alper Gezeravcı beynəlxalq kosmik stansiyada missiyasını və elmi təcrübələrini başa vuraraq ölkəyə qayıdıb.

Ərdoğan bildirib ki, Türkiyə yaxın aylarda suborbital uçuş üçün ikinci astronavtını kosmosa göndərəcək.

Qeyd edək ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti