İrəvanın hərbi təxribatları erməni kəndliləri təşvişə salıb

 İrəvanın hərbi təxribatları erməni kəndliləri təşvişə salıb
  13 Fevral 2024    Oxunub:1106
Xəbər verdiyimiz kimi fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Bundan başqa eyni gündə saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

DSX “Qisas” aldı: Ermənilərin ciddi itkiləri var
Bu gün Ermənistan mediası İrəvanın törətdiyi hərbi təxribatlarla bağlı yerli sakinlərin fikirlərini öyrənib. Nerkin-And kənd sakini Norik Danielyan Sputnik Ermənistan-a açıqlamasında deyib ki, kəndin müxtəlif istiqamətində güclü atışma səsləri səhər saat 4 radələrində başlayıb.

Kənd sakininin sözlərinə görə, atəş səhərə qədər davam edib. O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri İkinci Qarabağ müharibəsindən sonra kəndin yaxınlığına qədər gəlib çıxıb.

"Artileriya silahlarından istifadə olunmayıb, lakin atışma nəticəsində güclü uğultu eşidilirdi. Minamyotlar yaxud da nəsə başqa şey ola bilərdi. Tam aydın olmadı", - Bağdasaryan deyib.

Qeyd edək ki, İrəvan Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisinin məhv edilməsi barədə yayılan məlumatları artıq təsdiqləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti