Çin XİN: "Rəfəhə hücumları dayandırın"

      Çin XİN:    "Rəfəhə hücumları dayandırın"
  13 Fevral 2024    Oxunub:1056
Çin İsraili Rəfəh şəhərinə doğru genişlənən hərbi əməliyyatları dayandırmağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinin bəyanatında bildirilir.
Netanyahu: "Tam qələbəmiz davamlı hərbi təzyiqdən asılıdır"

XİN rəsmisi 1,4 milyon insanın sığındığı, "təhlükəsiz zona" sayılan şəhərdə bəşəri fəlakətlə bağlı narahatlığını dilə gətirib.

"İsraili hərbi əməliyyatları mümkün qədər tez dayandırmağa, daha böyük insan itkisinin və Rəfəhdə bəşəri fəlakətin qarşısını almağa çağırırıq. Çin mülki şəxslərə zərər vuran, beynəlxalq hüququ pozan istənilən hərəkətə qarşı çıxır", - bəyanatda deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   İsrail   Rəfəh   xəbərdarlıq  





Xəbər lenti