İqor Xovayev Bakı ilə İrəvan arasında sülh sazişi mövzusunu müzakirə edəcək

    İqor Xovayev Bakı ilə İrəvan arasında sülh sazişi mövzusunu müzakirə edəcək
  14 Fevral 2024    Oxunub:1082
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır.
AzVision.az -ın Reporta istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edilib ki, onun azərbaycanlı tərəfdaşlarla görüşlər keçirməsi, bu görüşlərdə sülh sazişi mövzusu da daxil olmaqla, müxtəlif məsələlərin müzakirəsi planlaşdırılır.

Zaxarova bildirib ki, İ.Xovayevin səfərinin nizamlanma üçün faydalı olacağına ümid edir: “Güman edirik ki, o, regiona səfərini davam etdirəcək, yaxın vaxtlarda İrəvana səfər edə biləcək və dostluq şəraitində, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edəcək ki, bu təmaslar nizamlanmaya fayda versin”.

AzVision.az



Teqlər:





Xəbər lenti