Bolqarıstanın baş naziri istefa verəcək

   Bolqarıstanın baş naziri istefa verəcək
  18 Fevral 2024    Oxunub:881
Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.
O, bu barədə Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə bildirib.

“Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək”. Onun sözlərinə görə, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi sualı açıq qalır.

Dekabrda Denkov bildirib ki, Bolqarıstan Avstriya ilə ölkənin Şengen zonasına daxil olması ilə bağlı razılıq əldə edib. Qeyd olunur ki, birinci mərhələdə iki ölkə üçün Şengen sazişi yalnız hava və dəniz sərhədləri üçün keçərli olacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti