Türkiyədə 5 min illik yeraltı şəhər - Fotolar

Türkiyədə 5 min illik yeraltı şəhər - Fotolar
  23 Fevral 2024    Oxunub:2083
Türkiyənin cənub-şərqindəki Mardin əyalətində girişi dörd il əvvəl yerli sakinlərdən biri tərəfindən təsadüfən aşkar edilmiş 5 min illik yeraltı şəhərin açılışının birinci mərhələsi baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Matiate adlanan şəhərdə arxeoloji işlər Midyat rayonunun iki fərqli məntəqəsində davam etdirilir.

Birinci mərhələdə yeraltı şəhərə aparan tunelin girişinin təmizlənməsi həyata keçirilib, burada dini binalar, quyular, sığınacaqlar, şərabxana, emalatxanalar, su anbarları aşkarlanıb. Bundan əlavə, burada əl dəyirmanları, daş və şüşə muncuqlar, daş artefaktlar, bürünc sikkələr və müxtəlif dövrlərə aid zərgərlik əşyaları da tapılıb. Ərazidə həm də insanların və müxtəlif heyvanların qalıqları aşkar edilib.

Sonrakı mərhələlər çərçivəsində bərpa işlərinə başlanılıb. Eyni zamanda, yeraltı şəhərin ilk hissəsinin 2024-cü ildə ziyarət üçün açılması planlaşdırılır.

Arxeoloji ekspedisiyanın rəhbəri Qani Tarkan yerli mediaya bildirib ki, yeraltı şəhər 40 hektar ərazini əhatə edir, onlardan yalnız 6-7 faizi tədqiq edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti