Sığorta almaq üçün ayaqlarını kəsdi

 Sığorta almaq üçün  ayaqlarını kəsdi
  26 Fevral 2024    Oxunub:1646
ABŞ-nin Missuri ştatının sakini sığorta ödənişi almaq üçün öz ayaqlarını kəsib.
AzVision.az xəbər verir ki, bu barədə News Leader məlumat yayıb.

Qeyd edilir ki, iflic xəstəliyindən əziyyət çəkən 60 yaşlı kişi 2023-cü ilin noyabrında traktora qoşulmuş otbiçən maşınla qəzaya düşməsi nəticəsində hər iki ayağını itirməsi barədə sənəd hazırlayıb. Lakin amerikalı sığorta ödənişləri üçün müraciət etdikdən sonra ekspertlər onun "qəzasında" bir neçə uyğunsuzluq aşkar ediblər.

Birincisi, fırıldaqçı sənədlərdə kəsilmiş ayaqları ilə bağlı ətraflı məlumatlar göstərməyib. İkincisi, amerikalının ayaq yaraları çox hamar və təmiz görünüb ki, bu da belə zədələr üçün xarakterik deyil.

Beləliklə, polislər müəyyən ediblər ki, yaşlı kişinin ayaqları sadəcə balta ilə kəsilib. Bunu fırıldaqçının dostu pul üçün edib.

"Bu, pis icra edilmiş bir plan idi. Mən heç vaxt belə bir şey görməmişəm", -şerif qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Sığorta  





Xəbər lenti