Həbsxanada gördüklərini filmə çevirən aktyor: Ölümü aylar sonra bilindi

 Həbsxanada gördüklərini filmə çevirən aktyor:  Ölümü aylar sonra bilindi
  28 Fevral 2024    Oxunub:1165
"Good Times"( "Gözəl zamanlar") filmində "Rey" obrazını yaradan tanınmış aktyor Baddi Dyuress 38 yaşında dünyasını dəyişib.
Onun ölümi ilə bağlı məlumatı qardaşı Kristofer Statis "People"a verib. Qardaşının sözlərinə görə, aktyor 2023-cü ilin noyabrında narkotik tərkibli kokteyllər qəbul etdiyi üçün ürəyi dayanıb. Aktyorun ölümünün aylarla niyə açıqlanmadığı bəlli deyil.

Əsl adı Maykl Statis olan və peşəkar aktyor həyatında Baddi Dyuress adından istifadə edən sənətçinin daima narkotik istifadə etdiyi və tez-tez həbsxanaya düşdüyü bildirilir.



Qeyd edək ki, Baddi Dyurres 1985-ci ilin mayında Nyu-Yorkta anadan olub. O, Benni və Coş Safdi qardaşlarının iki filmində rol alıb. 2014-cü ildə "Heaven Knows What" filmində çəkilib.

2017-ci ildə verdiyi müsahibəsində Dyuress rejissor Coş Safdi ilə ilk dəfə 2013-cü ildə narkotik ittihamı ilə Nyu-Yorkun "Rikers Island" həbsxanasından buraxıldıqdan sonra tanış olduğunu deyib. Həmin vaxtlar aktyor narkotik asılığından müalicə alırdı və müalicəsini yarımçıq saxladığı üçün çəkilişlərdən sonra yenidən həbs olunmuşdu. Filmin 2014-cü ildə Nyu- Yorkda baş tutan premyerasına məhz bu səbəbdən qatıla bilməmişdi.



"Bilirsən, mən hələ də arxaya baxıram. Əgər o müalicə proqramına qatılsaydım, filmdə baş rolda oynaya bilməzdim və yəqin ki, indi aktyor da olmazdım. Çox təəssüf, amma bu, həqiqətdir”, -aktyor müsahibəsində deyib.



Los Angeles Times xəbər verir ki, o, yenidən azadlığa buraxıldıqdan sonra rejissorlar Dyuressdən həbsxanada gördükləri haqqında gündəlik yazmağı xahiş ediblər və onun qeydlərini "Good Times" filminin ssenarisinə əlavə ediblər.

Aktyor daha sonra bir neçə bədii və qısametrajlı filmlərdə, o cümlədən "The Mountain" və "The Great Darkened Days" filmlərində çəkilib. Ancaq o, pis vərdişlərini də bir kənara qoymurmuş. New York Post xəbər verir ki, Baddi 2019-cu ildə üçüncü dərəcəli oğurluq ittihamı ilə həbs edilib. Bu həbslər davamlı olaraq baş verirmiş. Məsələn, "Flinch" filminin çəkilişləri zamanı anası "Co ana"nın evini yandırmaqla bağlı təhdidlər yağdırdığı üçün də həbsə atılmışdı. Bütün bunlar isə narkotik asılılığı olduğu üçün baş verirdi.



Baddy Dyuressin ölümündən sonra rejissor Kameron Van Hoy: "Baddi ekranda saf elektrik kimi idi. Onunla işləmək həyatımın ən böyük macəralarından biri iolub. O, kinoya çəkilməyi çox sevən mehriban insan idi. Bütün çətinliklərə baxmayaraq, iş vaxtı onları bir kənara qoymağı bacarırdı. "Flinch" filmi çəkildikdən sonra çox yaxın olduq. Onun həyatının belə bitməsinə çox üzüldüm",-deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti