Dominikanda gecə klubunun uçması nəticəsində 44 nəfər ölüb

Dominikanda gecə klubunun uçması nəticəsində 44 nəfər ölüb
  08 Aprel 2025    Oxunub:606
Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.
AzVision.az xəbər verir ki, bu barədə "Listin Diario" nəşri məlumat yayıb.

Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.

AzVision.az





Teqlər:





Xəbər lenti