Bakıda Lüdoviko Eynaudinin əsərləri səsləndirilib

Bakıda Lüdoviko Eynaudinin əsərləri səsləndirilib
  02 Mart 2024    Oxunub:955
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında pianoçu Nigar Əsədullayevanın konserti keçirilib.
AzVision.az xəbər verir ki, konsert yüzlərlə şamın işıqlandırdığı sehirli ab-havada keçib. Proqramda tanınmış italyan bəstəkarı Lüdoviko Eynaudinin "Una matına", "Divenire", "Le Onde", "Elements", "Primavera", “Life" və digər məşhur əsərləri səsləndirilib.

"Onun musiqisini müxtəlif nəsillərin nümayəndələri sevir, əsərləri bütün dünyada dinləyicilər tərəfindən çox yaxşı qəbul olunur. Yaradıcılığı vasitəsilə öz qəlbimin incə təbiətini çatdıra bilirəm", - ifaçı Nigar Əsədullayeva bildirib.

Konsert böyük uğurla keçib, tamaşaçılar pianoçunu təkrar səhnəyə çağırıblar. Nigar Əsədullayevanın sözlərinə görə, bu onun "RED EVENTS & Distribution ltd." şirkəti ilə birgə təşkil olunan üçüncü konsertidir. Əvvəlki iki konsert kimi bu konsert də tədbirin qonaqlarında xoş təəssürat yaradıb. Hazırda pianoçu, özünün də qeyd etdiyi kimi, bu vaxta qədər Bakıda bənzəri olmayan yeni musiqi layihəsinə hazırlaşır.

AzVision.az


Teqlər: musiqi   konsert  





Xəbər lenti