"Əsrə bərabər gün" tamaşasının premyerası baş tutub - FOTOLAR

"Əsrə bərabər gün" tamaşasının premyerası baş tutub -  FOTOLAR
  09 Mart 2024    Oxunub:1458
Martın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” tamaşasının premyerası keçirilib.
AzVision.az xəbər verir ki, yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yoldan başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı oraya buraxılmır. Əsərdə bu hadisə - Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada bu, əcdadlarına, torpağına sahiblik hissinin olmaması kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırlarsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz kainatda da yeri olmayacaq.

Tamaşa “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində qurulub. Səhnə əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, Ayşad Məmmədov, Elxan Quliyev, Mirzə Ağabəyli, Əminə Babayeva, Rövşən Kərimduxt, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Almaz Amanova və digərləri yer alıb.

AzVision.az

Qalereya




Teqlər: teatr   tamaşa  





Xəbər lenti