"Ali Baş Komandanın Sərəncamı ilə DTX-nin bir qrup əməkdaşı ali hərbi rütbələrə layiq görülüb"

   "Ali Baş Komandanın Sərəncamı ilə DTX-nin bir qrup əməkdaşı ali hərbi rütbələrə layiq görülüb"
  28 Mart 2024    Oxunub:1469
"Dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır".
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı söyləyib:

"Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində möhtərəm Prezident, Ali
Baş Komandan zati-aliləri cənab İlham Əliyevin Sərəncamı ilə əldə etdikləri nailiyyətlərə
görə Xidmətimizin bir qrup əməkdaşı ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına
layiq görülmüşdür. Eyni zamanda, dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Fürsətdən
istifadə edərək Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi
heyətimiz adından dərin minnətdarlığımızı bildirirəm. Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr
və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha
da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da
öz töhfələrini verəcəkdir".

AzVision.az


Teqlər: DTX   yubiley   tədbir  





Xəbər lenti