Sahibə Qafarovanın erməni həmkarı ilə növbəti görüşü keçiriləcək

   Sahibə Qafarovanın erməni həmkarı ilə növbəti görüşü keçiriləcək
  28 Mart 2024    Oxunub:1185
Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan yerli televiziyaya müsahibəsində bildirib.

"Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib. İlkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq", - o deyib.

Xatırladaq ki, Sahibə Qafarova və Alen Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri ilə bağlı müzakirə aparılıb. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   parlament   görüş  





Xəbər lenti