Naftalanda şəhid ailələri və qazilər üçün iftar verilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar verilib
  29 Mart 2024    Oxunub:1134
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
AzVision.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı qonaqları salamladıqdan sonra ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Digər natiqlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını vurğulayıblar.

İftar süfrəsi müqəddəs Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə davam etdirilib.

Şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Sonda qonaqlara Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən nəfis tərtibatlı müqəddəs Qurani-Kərim kitabı hədiyyə olunub.

AzVision.az


Teqlər: şəhid-ailələri   iftar   Naftalan  





Xəbər lenti