Bakıda qanunsuz tikili sökülüb

Bakıda qanunsuz tikili sökülüb
  01 Aprel 2024    Oxunub:2030
Bakı şəhərinin Binəqədi rayonunda qanunsuz tikili sökülüb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti