İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?
  04 May 2024    Oxunub:875
“İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib”.
Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.

“Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğunu demişik və bunu da edirik”, - deyə o bildirib.

Avropa kontingentinin Ukraynaya göndərilməsindəki iştirakla bağlı suala Krosetto birmənalı şəkildə cavab verib.

“Qətiyyən yox. Buna heç kim şübhə edə bilməz!” - deyə o qeyd edib.

“Bizim birbaşa iştirakımız üçün hər hansı bir şərt yoxdur”, - deyə İtaliyanın müdafiə naziri fikrini yekunlaşdırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti