Metro terrorundan 20 il keçdi
İstintaq nəticəsində müəyyən edilib ki, 1994 cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, İrəvan-Mineralniye Vodi- Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər.
Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa, sonra isə, MDB dövlətlərində beynəlxalq axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.
Xatırlaaq ki, bundan bir qədər öncə (19 mart 1994) Bakı metrosunun "20 Yanvar" stansiyasında baş verən partlayış nəticəsində 14 nəfər həlak olmuşdu.