Nazirlərin Almatı görüşü iki gün davam edəcək

   Nazirlərin Almatı görüşü iki gün davam edəcək
  10 May 2024    Oxunub:1322
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda danışıqlar iki gün davam edəcək.
AzVision.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. O, danışıqların Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün çox faydalı olacağına əminliyini ifadə edib.

"Əminəm ki, Almatıda danışıqlar çox faydalı olacaq və biz qarşıdakı iki gün ərzində mövcud açıq məsələlərin həlli yollarını tapmaq üçün məhsuldar işləyə biləcəyik".

AzVision.az


Teqlər:





Xəbər lenti