Rusiya iki Avropa ölkəsini təhdid kimi qiymətləndirib

 Rusiya iki Avropa ölkəsini təhdid kimi qiymətləndirib
  11 May 2024    Oxunub:874
İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasından sonra atdıqları addımlar Rusiyanın təhlükəsizliyinə artan təhdidlər yaradır.
Bu barədə “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin direktoru Sergey Belyayev bildirib. Onun sözlərinə görə, Finlandiya ərazisində alyansın qərargah strukturlarının yerləşdirilməsi, ölkənin NATO-nun hərbi-strateji təlimlərində fəal iştirakı, zərurət yaranarsa, xarici nüvə silahlarının onun ərazisindən keçirilməsi imkanlarının müzakirəsi və İsveç hərbi təyyarələrinin Rusiya sahillərində müntəzəm elektron kəşfiyyatı planları şübhəsiz ki, rəsmi Moskvanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti