Ermənistanda itaətsizlik aksiyaları başladı: Silahlı şəxslər tutuldu

   Ermənistanda itaətsizlik aksiyaları başladı:    Silahlı şəxslər tutuldu
  11 May 2024    Oxunub:999
Paytaxt İrəvan daxil olmaqla Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları başlayıb.
Ermənistan polisi artıq itaətsizlik aksiyasında iştirak edən 50-yə yaxın etirazçını saxlayıb. Xüsusilə də müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edən şüarlarla Qələbə körpüsünü, Myasnikyan prospektini, Eraz böyük yaşayış kompleksinin yaxınlığındakı küçələri, Tiqran Mets prospektini bağlamağa başlayıb.

Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Səhər saatlarında bir qrup müxalifətçi Paşinyanın səfərinin planlaşdırıldığı Eçmiədzin şəhərindəki 7 saylı məktəbin yaxınlığında itaətsizlik aksiyası təşkil etməyə cəhd göstərib, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah və sursat daşıyan 6 nəfər saxlanılıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti