Fransa XİN: "Rəfəhə hücum dayandırılmalıdır"

   Fransa XİN:    "Rəfəhə hücum dayandırılmalıdır"
  11 May 2024    Oxunub:1076
"İsrail Silahlı Qüvvələrinin çərşənbə axşamı Qəzza zolağının Rəfəh şəhərinə doğru hücuma keçməsindən təəssüfləndiyimizi bildiririk".
AzVision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi "X" hesabında bəyanat yayıb.

"Hərbi əməliyyat Qəzzanın mülki əhalisi üçün fəlakət doğuracaq. Dinc sakinlərin sığınmaları üçün heç bir təhlükəsiz ərazi qalmayıb. İsraili hücumu dayandırmağa, danışıqlara qayıtmağa çağırırıq. Bu, əsirlərin azadlığa çıxmasına və davamlı atəşkəsə aparan yeganə mümkün yoldur", - bəyanatda vurğulanır.

Nazirlik İsraili həmçinin Qəzza ilə Misir arasındakı sərhəd keçidlərini açmağa, beləliklə, humanitar yardımın dinc əhaliyə çatdırılmasına icazə verməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   İsrail   Qəzza   Rəfəh  





Xəbər lenti