Narkotik qəbul edib avtomobil sürdü

Narkotik qəbul edib avtomobil sürdü
  14 May 2024    Oxunub:1675
Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.

Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti