ABŞ nüvə poliqonunda subkritik sınaq keçirib

ABŞ nüvə poliqonunda subkritik sınaq keçirib
  18 May 2024    Oxunub:984
ABŞ Nevada ştatındakı nüvə poliqonunda subkritik sınaq keçirib.
Bu barədə TASS Amerika Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsinə (NNSA) istinadən yazıb.

“Təcrübə planlandığı kimi, ABŞ-ın 1992-ci ildən bəri davam etdirdiyi nüvə partlayıcısının sınaqlarına könüllü moratoriuma uyğun olaraq həyata keçirilib”, - deyə məlumatda bildirilib.

Birləşmiş Ştatlar iddia edir ki, bu və ondan əvvəlki 33 subkritik eksperiment Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini pozmur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti