"Energetika sahəsində çox böyük planlarımız var"

   "Energetika sahəsində çox böyük planlarımız var"
  19 May 2024    Oxunub:940
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr ərazimizin təxminən 25 faizini təşkil edir.
AzVision.az xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək.

"Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi, burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur".

Dövlətimizin başçısı qeyd edib ki, enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə (Azərbaycana və İrana – red.) əlavə fayda verəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti