Rəisi bu gün Ermənistana səfər etməyi planlaşdırıbmış

   Rəisi bu gün Ermənistana səfər etməyi planlaşdırıbmış
  19 May 2024    Oxunub:1148
İran prezidenti İbrahim Rəisi bu gün Ermənistana səfər etməyi planlaşdırsa da, səfər son anda təxirə salınıb.
Bu barədə TASS-a mənbə məlumat verib.

Rəisinin Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirmiş.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza İ.Rəisi Azərbaycan Respublikası ilə ümumi sərhəddə bəndin açılışından sonra qayıdarkən baş verib.

Prezidentin kalonunda üç helikopter olub. Çoxlu sayda nazir və məmuru daşıyan helikopterlərdən ikisi sağ-salamat yerə enib.

Digər helikopterin tapılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub. Bu helikopterdə dövlət başçısı ,Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti