Tailandın paytaxtı köçürülə bilər

Tailandın    paytaxtı köçürülə    bilər
  20 May 2024    Oxunub:1149
Qlobal iqlim dəyişiklikləri nəticəsində baş verən subasmalar Tailandın paytaxtı Banqkokun göçürülə bilməsi ehtimalını gündəmə gətirib.
AzVision.az xəbər verir ki, Tailand hökuməti subasma təhlükəsi səbəbindən ölkənin paytaxtı Banqkok şəhərinin köçürülməsi ehtimalını nəzərdən keçirir.

Tailandın İqlim Dəyişikliyi və Ətraf Mühit Departamentinin direktor müavini Pavic Kesavongun dediyinə görə, dəniz səviyyəsi əsrin sonunda Banqkoku tamanilə su altına alacaq səviyyəyə qədər yüksələ bilər. Bu nəzəri ssenari olsa da, yerli əhali arasında ciddi narahatlıq yaradır.

Tailandın paytaxtı artıq neçə illərdir yağışlı mövsümdə əhəmiyyətli daşqınlarla üzləşir ki, bu da şəhəri qorumaq üçün tədqiqat və layihələr üçün əlavə maliyyə vəsaiti tələb edir. Tayland rəsmiləri həmçinin Hollandiyadakı kimi bəndlərin tikintisini əhatə edən uyğunlaşma strategiyasını həyata keçirməyə çağırıblar.

Lakin paytaxtın köçürülməsi müzakirə olunan imkanlardan yalnız biridir. Belə addım böyük maliyyə xərcləri tələb edəcək. Eyni zamanda, şəhərin müdafiəsinin bir çox aspektlərinin dərhal diqqət tələb etdiyi nəzərə aınsa, atılan addım effektiv olmaya da bilər. Bununla belə, subasma məsələsi aktual olaraq qalır və onun diqqətlə nəzərdən keçirilməsini tələb edir.

Sahil isgəndərov
AzVision.az


Teqlər: Banqkok   köçürülmə  





Xəbər lenti