Bakıda evdə üç qadına xəsarət yetirilib

Bakıda evdə üç qadına xəsarət yetirilib
  20 May 2024    Oxunub:837
Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti