Atmosferi çirkləndirən obyektlər cərimələnib

Atmosferi çirkləndirən obyektlər cərimələnib
  20 May 2024    Oxunub:668
Bakı şəhərində fəaliyyət göstərən “Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace", “Bulaq", “Dükkan", “Təbiət" adlı ictimai-iaşə obyektləri və restoranlardan havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti