Hava mayın 24-dək qeyri-sabit keçəcək

Hava mayın 24-dək qeyri-sabit keçəcək
  20 May 2024    Oxunub:854
Bölgələrdə mayın 24-dək qeyri-sabit hava şəraiti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı olduğu bildirilib.

Eyni zamanda, gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

AzVision.az


Teqlər: hava   yağış   külək  





Xəbər lenti