Yeni "Stadler" qatarlarına 5 dəfə daş atılıb

  Yeni "Stadler" qatarlarına 5 dəfə daş atılıb
  20 İyun 2024    Oxunub:898
Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.
AzVision.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur: "Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar".

Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.

ADY dəmir yolu sahəsində hərəkətin təhlükəsizliyinin təmin olunması, qaydalara riayətin vərdiş hal alması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə təlimlər təşkil edir, sakinlərlə davamlı görüşlər keçirir, maarifləndirmə kampaniyaları aparır.

AzVision.az



Teqlər:





Xəbər lenti