QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər

   QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər
  24 İyun 2024    Oxunub:892
Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində sərhədçilərlə görüş olub
AzVision.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə sərhədçilərlə yanaşı, şəhid ailələri, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev, QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə silah və texnikalara baxış keçirilib və bunlar haqqında qonaqlara ətraflı məlumat verilib. Eyni zamanda, tank üzərində gəzinti təşkil edilib. Daha sonra konsert proqramı təqdim olunub.

Görüşdə çıxış edənlər vurğulayıblar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarix yazıb. Ərazi bütövlüyü və suverenliyi bərpa edilən ölkəmizin sərhədləri bu gün əmin əllərdədir.

Daha sonra sərhədçi əsgərlərə hədiyyələr təqdim olunub. Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında musiqi nömrələri səsləndirilib, sərhədçilər və qonaqlar rəqsə qoşulublar.

AzVision.az


Qalereya




Teqlər:





Xəbər lenti