Din adı altında terrora təşəbbüs göstərən qüvvələr var - Fazil Mustafa

 Din adı altında terrora təşəbbüs göstərən qüvvələr var -  Fazil Mustafa
  11 İyul 2024    Oxunub:1406
" Dağıstanda niqabın qadağan edilməsi sırf təhlükəsizlik məsələsi ilə bağlıdır".
Bu sözləri AzVision.az –a VI çağırış parlamentinin deputatı olmuş Fazil Mustafa deyib.

Azərbaycanda niqab taxmaq qadağan edilə bilərmi? - Açıqlama
Onun fikrincə, niqab adı altında terroru təşviq edən qüvvələrin müəyyən fəaliyyətlərindən qorunmaq üçün dövlət belə bir addım atır:

“Azərbaycanda indi belə bir təhlükə yoxdur. Amma bizdə də din adı altında terrora təşəbbüs göstərən qüvvələr var və bu qüvvələrin də bir qismi xarici ölkələr tərəfindən dəstəklənir. Ona görə də bu kimi məsələlərdə daha aydın bir strategiya izləməli və gələcəkdə bu təhlükənin reallaşmaması üçün addımlar atmalıyıq. Dövlət əgər niqab taxmağı bir təhlükə mənbəyi kimi görərsə, onda öz addımlarını atmağa çalışacaq”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Dağıstan   niqab   qadağa   Azərbaycan  





Xəbər lenti